Azərbaycanda tətbiq edilən ən keyfiyyətli peyvənd açıqlandı


Digərləri 20 May 2021 09:54:00 121 0

Azərbaycanda tətbiq edilən ən keyfiyyətli peyvənd açıqlandı

Azərbaycanda tətbiq edilən peyvəndlərdən ən keyfiyyətlisi "AstraZeneca"dır.

Son.az xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında həkim Adil Qeybulla deyib.

"Təəssüflər olsun ki, vətəndaşlara peyvəndlərlə bağlı sərbəst seçim imkanı verilmir. İlk dəfə tətbiq edilən "CoronaVac" peyvəndi əldə olunan zaman onun effektivliyinin kifayət qədər yüksək olduğunu bildirdilər. Amma hazırda antikor testi verənlərin bəzisində zidiyyətli nəticələr ortaya çıxır. Yəqin ki, bunlar ümumiləşdirilib, açıqlamalar veriləcək və müəyyən zamanda onların hansının effektiv olduğu ortaya çıxacaq. Hesab edirəm ki, Azərbaycana gətirilən peyvəndlər arasında ən keyfiyyətlisi "AstraZeneca"dır. Bu, Oksford Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış vektorlu peyvənddir. Belə peyvəndlərdən biri də Rusiyada istehsal olunub. Lakin ölkəmizə gətirilən bu peyvəndlərin ilkin və ya təkmilləşmiş variant olub-olmadığını bilmirik", - o bildirib.