Azərbaycan neftinin daşınmasında BTCnin payı nə qədərdir?


Digərləri 20 May 2021 09:04:00 151 0

Azərbaycan neftinin daşınmasında BTCnin payı nə qədərdir?

2021-ci ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 9,06 milyon ton neft nəql olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7,03 faiz azdır.

Son.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə magistral neft kəmərləri ilə nəql edilən neftin 76,1 faizi BTC xəttinin payına düşüb.

Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 11,9 milyon ton neft nəql edilib.

Yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 1,28 milyon ton tranzit (Türkmənistan) nefti nəql edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azdır.