Evin çardağından çıxanlar dəhşətə gətirdi: Düz 30 ədəd... FOTO


Digərləri 19 May 2021 19:24:00 160 0

Evin çardağından çıxanlar dəhşətə gətirdi: Düz 30 ədəd...  FOTO

Avstraliyada bir ailə yeni köçdükləri evdə "çağırılmayan qonaqlar"ın yaşadığını anlayıblar.

Son.az big.az-a istinadən xəbər verir ki, həmin evin çardağında ilanların olduğunu görən avstraliyalılar ilan tutma xidmətinə müraciət ediblər.

Hadisə yerinə gələn mütəxəssislər evdə onlarla ilanın yaşadığını bildiriblər. Bu qənaətə onlar tapdıqları 30 ilan dərisinə əsaslanaraq gəliblər. Lakin maraqlıdır ki, axtarış zamanı ilanların özləri üzə çıxmayıb.

Böyüklər mənzərəni dəhşətlə izləsələr də, uşaqlar tapıntıları maraqla qarşılayıblar.