Dünyanın ən güclü qan qrupu elan edildi


Digərləri 18 May 2021 22:45:00 149 0

Dünyanın ən güclü qan qrupu elan edildi

Ən güclü qan qrupu ürək-qan damar, beyin patologiyalarına daha dözümlü olan hesab edilir.

Son.az medicina.az-a istinadən bildirir ki, alimlər digər qan qruplarına nisbətən ən güclü qan qrupunun I (birinci) olduğunu elan ediblər.

Onların araşdırmalarına görə, ürək-beyin qan dövranı problemləri bu qan qrupunun insanlarına az təsir edir.

"Birinci qan qrupunun daşıyıcıları daha dözümlüdür, aktivdir, qan damar sistemləri möhkəmdir,qan qatılaşması az olur, qocaldıqda əqli gerilik və demensiyaya az tutulur".