Rusiyada meşə yanğınları səngimək bilmir FOTO


Dünya 18 May 2021 17:01:00 129 0

Rusiyada meşə yanğınları səngimək bilmir  FOTO

Rusiyanın Tümen bölgəsində şiddətli meşə yanğınları davam edir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "İnterfaks" məlumat verib. Bölgədə yanğınlarla əlaqədar olaraq fövqəladə vəziyyət elan edilib.

Hazırda 18 min hektardan çox ərazidə 23 meşə yanğını ocağı qeydə alınıb.

Bölgə səlahiyyətlilərinin sözlərinə görə, bu, son 10 ildə Tümendə baş verən ən genişmiqyaslı meşə yanğınlarıdır.