BakıQəbələ qatarında gedişgəliş nə vaxt və neçəyə olacaq?


Digərləri 18 May 2021 11:35:00 126 0

BakıQəbələ qatarında gedişgəliş nə vaxt və neçəyə olacaq?

Bakı-Qəbələ qatarı pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycanda Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nətavan Bayramova deyib.

Onun sözlərinə görə, qatar istifadəyə tam hazırdır:

"Pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişin daşıma dayandırılıb. Buna görə də, Bakı-Qəbələ qatarı hələ sərnişinlərin istifadəsinə verilməyib".

N.Bayramova Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiymətləri barədə yaxın vaxtlarda məlumat veriləcəyini bildirib.

"Biletlərin qiymətləri hələ dəqiqləşdirilməyib. Pandemiya bitəndən sonra bu barədə həm rəsmi saytımızda, həm də sosial şəbəkələrdə ictimaiyyətə məlumat verəcəyik".