Uşaqlıq dostunun xəyanətini bağışlamadı "Namusumuz üçün yaşayırıq"


Digərləri 18 May 2021 11:49:00 104 0

Uşaqlıq dostunun xəyanətini bağışlamadı  "Namusumuz üçün yaşayırıq"

İstanbulda 10 illik həyat yoldaşı Aynur Yünkutayı uşaqlıq dostu ilə münasibətləri olduğu şübhəsi ilə meşədə öldürən İbrahim Yüntükay barəsində  38 illik həbs qərarı çıxarılıb.

Son.az haberler.com-a istinadən xəbər verir ki,  məhkəmədə son söz alan şəxs "namusumuz üçün yaşayırıq" deyib.

İddianamədə göstərilib ki, 2020-ci il yanvar ayında əvvəlcə həyat yoldaşını öldürüb Yunanıstana qaçıb. Sonra isə geri dönüb dostunu da öldürüb.   Kamran Seyidov Son.az