Balaca oğlan ölümündən sonra üç uşağı xilas etdi FOTO


Digərləri 17 May 2021 19:54:00 132 0

Balaca oğlan ölümündən sonra üç uşağı xilas etdi  FOTO

İngiltərənin Blekpul şəhərində ildırım vurma nəticəsində həyatını itirən 9 yaşlı oğlanın atası onun orqanlarını 3 uşağa ianə edib.

Son.az big.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Star" yazır.

Belə ki, mayın 11-də futbol meydançasında oynayan Cordanı ildırım vurub. Onu xilas etmək mümkün olmayıb.

Ölümündən sonra atası Met "Facebook"da paylaşım edərək oğlunun xeyir əməllərindən yazıb. Onun sözlərinə görə, Cordan karantin dövründə evdə oturmağa məcbur olan 999 işçiyə şirniyyat paylayıb. Həmçinin, xalası intihar etdikdən sonra uşaq psixi pozğunluğu olan insanlara dəstək verən xeyriyyə təşkilatlarına pul toplamaq üçün 48 kilometr məsafəni qaçıb.

Met qeyd edib ki, Cordan hətta ölümüdən sonra da xeyriyyəçiliyindən qalmayıb:

"İndi onun sayəsində digər üç uşaq həyatına davam edə biləcək".

Ata oğlunun "Liverpul" futbol komandasına olan sevgisindən də yazıb. Onun paylaşımından sonra həmin komandanın yarımmüdafiəçisi Ceyms Milner sosial şəbəkədə Cordanın şəklini paylaşaraq bu sözlərlə şərh edib:

"Çox erkən dünyadan köçən qeyri-adi uşaq. Allah rəhmət elədin".

Sonda isə futbolçu komandalarının himnindən "You'll Never Walk Alone" ("Sən heç vaxt tək gəzməyəcəksən") sözlərini qeyd edib.