Zelenskidən nazirlərə xahiş


Dünya 17 May 2021 15:10:00 123 0

Zelenskidən nazirlərə xahiş

Ukrayna prezidenti Vladimir Zelenski üç naziri öz xahişi ilə istefaya getməyi xahiş edib.

Son.az lenta.ru-ya istinadən xəbər verir ki, bunlar infrastruktur naziri Vladislav Krikli, iqtisadi inkişaf naziri İqor Petraşko və səhiyyə naziri Maksim Stepanovdur.

İqtisadi inkişaf nazirinin "təşəbbüs qıtlığı", infrastruktur naziri problemlərin öhdəsindən gələ bilməməkdə günahlandırılır. Səhiyyə naziri isə artıq üçüncü dəfədir ki, koronavirusla bağlı vəzifəsindən çıxarılması ilə gündəmə gəlir.

Birinci və ikincilər getməyə hazır olsalar da, üçüncüsü ona fikirləşmək üçün vaxt verilməsini istəyib. Lakin az sonra bildirib ki, Ali Rada onun getməsi barədə qərar verərsə,  o zaman vəzifəsindən gedəcək.

Kamran Seyidov Son.az