İtaliya kraliçasının tacı hərracda satıldı


Dünya 15 May 2021 12:39:00 144 0

İtaliya kraliçasının tacı hərracda satıldı

İtaliyanın kral ailəsi tərəfindən nəsildən-nəslə ötürülən brilyant tac İsveçrədə keçirilən hərracda 1,66 milyon dollara (təxminən 1 milyon 813 min manat) satılıb.

Son.az axşam.az-a istinadən bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Brilyant və təbii mirvarilərlə bəzədilmiş tac XIX əsrə aiddir.

Qeyd edək ki, ziynət əşyası İspaniyanın kralı I Amadeo Savoyskinin italiyalı kraliça Mariya Vittoriya dal Poççoya toy hədiyyəsi idi.