İlon Mask bu həftə 20 mlrd. dollar itirib


Dünya 14 May 2021 13:34:00 115 0

İlon Mask bu həftə 20 mlrd. dollar itirib

"Tesla Motors" şirkətinin baş direktoru İlon Maskın sərvəti həftənin əvvəlindən 20 mlrd. ABŞ dollarından çox azalıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə "Forbes" jurnalı yazır.

Məlumata görə, Maskın sərvəti bu həftə 20,5 mlrd. dollar azalaraq 145,5 mlrd. dollara enib. "Tesla"nın səhmləri həftənin əvvəlindən 15% azalıb. Bununla belə, "Tesla"nın rəhbəri "Forbes"un dünyanın ən zəngin insanları siyahısında hələ də üçüncü yerdədir.

Son.az