Ancelina Coli Bred Pittdən ayrıldıqdan sonrakı həyatından danışdı


Digərləri 14 May 2021 10:39:00 152 0

Ancelina Coli Bred Pittdən ayrıldıqdan sonrakı həyatından danışdı

2016-cı ildə Bred Pittdən ayrıldıqdan sonra Ancelina Coli heç kimlə sevgili olmayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, "E! News"un məlumatına görə, bu barədə Hollivud ulduzunun özü etiraf edib.

Qeyd edək ki, beş il ərzində paparazi Colini bir dəfə də olsun heç kimlə görməyib. 45 yaşlı ulduz da bu müddət ərzində romantik əlaqələrinin olmadığını təsdiqləyib. O, bunu əks cinsə qarşı həddindən artıq tələbkarlığı ilə əlaqələndirib.

"Mənim müxtəlif "yox"larla uzun bir siyahım var. Yəqin ki, buna görə uzun müddətdir ki, təkəm", - deyə aktrisa bildirib.