Daha bir şəhidimizi yaxından tanıyaq: Qəhrəman şəhid Ümid Məmmədov
Digərləri 13 May 2021 14:49:00 179 0
O, hərbi xidmətdə olarkən vətən müharibəsinə qatılıb və daim irəli atılıb. Düşmənin canlı qüvvəsinin məhv olunmasında onun da payı var.Zaqatalalı şəhidimiz Ümid Məmmədovdan danışacağıq.
Son.az xezerxeber.az-a istinadən bildirir ki, 44 günlük vətən müharibəsində qəhrəmanca şəhid olan əsgərlərimizdən biridə Ümid Məmmədovdur. O 2001 ci ildə Zaqatala rayon Bəhətli kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sora hərbi xidmət yollanan Ümid Məmmədov 2019- ci ildən Tərtər rayon N saylı hərbi hissədə xidmət edib. Elə həmin hərbi hissədən başlayan şərəfli döyüş yolu Ağdərə istiqamətində gedən qızğın döyüşlər zamanı başa çatır.
Düşmən tərəfindən atılan iri çaplı silah nəticəsində müxtəlif xəsarətlər alaraq oktyabırın 10-u şəhidlik zirvəsinə ucalır.
Şəhidimiz ailəsində mehriban biri olaraq yadda qalıb. Ailə üzvləri onunla fəxr edir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda əməliyyatlarına qatılan və vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Ümid Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.