Nigeriyada gəmini batması nəticəsində 28 nəfər ölüb


Dünya 10 May 2021 09:15:00 127 0

Nigeriyada gəmini batması nəticəsində 28 nəfər ölüb

Nigeriyanın mərkəzində Şiroko çayında göyərtəsində 100 sərnişin olan gəmi batıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin fövqəladə hallar üzrə dövlət agentliyinin rəhbəri Əhməd İnqa deyib.

Onun sözlərinə görə, gəminin batması nəticəsində 28 nəfər həlak olub: "Limana 50 metr yaxınlıqda göyərtəsində 100 nəfərin olduğu gəmi batıb. 28 nəfər həlak olub, onların cəsədləri sudan çıxarılıb"

Ə.İnqa qeyd edib ki, 65 nəfər xilas edilib, 7 nəfər isə itkin düşmüş sayılır.