ABŞda işsizlik yenidən artıb


Dünya 08 May 2021 18:41:00 213 0

ABŞda işsizlik yenidən artıb

Bu ilin aprel ayında ABŞ-da iş yerlərinin sayı gözlənilən 978 min əvəzinə 266 min artıb.

Son.az APA-ya istinadən bildirir ki, yeni iş yerlərinin 218 mini özəl sektorun, 48 mini isə dövlət sektorunun payına düşüb. İqtisadi aktiv əhalinin ABŞ-ın ümumi əhalisindəki payı isəmart ayında 61,5%-dən 61,7%-dək artıb.

Qeyd edilir ki, iş yerlərinin sayının artmasına baxmayaraq, ölkədəişsizlik 6%-dən 6,1%-ə yüksəlib. "The Wall Street Journal"a görə, stimullaşdırıcı paketlər və COVID-19 pandemiyası ilə bağlı olan məhdudiyyətlərin tədricən aradan qaldırılması ölkə iqtisadiyatının artımını dəstəkləyir və əmək bazarını canlandırır.