Günboyu yorğun, halsızsan? Enerji itkisinin səbəbləri


Digərləri 07 May 2021 22:25:00 164 0

Günboyu yorğun, halsızsan?  Enerji itkisinin səbəbləri

https://www.medicina.az/gunboyu-yorgun-halsizsan-enerji-itkisinin-sebebleri

Günboyu yorğun, halsızsan? - Enerji itkisinin səbəbləri 16:00236 Baxış Günboyu yorğun, halsızsan?    -  Enerji itkisinin səbəbləri

Son zamanlar qəhvə, energetik içki, yeməklə belə özünü enerjili hiss etməyən, daim yorğun, əzgin olan insanların, xüsusən gənclərin sayı artır.

Son.az da sutkanın saatından asılı olmayaraq yorğunlunğun nədən qaynaqlandığını araşdırıb:

1.Yuxunu analiz et

Bu banal bir yoxlamadır. Yorğun olan insan ilk növbədə nə qədər yatdığını, yuxu saatını xatırmalalıdır.

Əgər siz sutkada 8-9 saatdan az yatırsızsa və bu aylardır davam edirsə, o zaman başqa səbəblərə keçməyin.

Əgər insan 6 saat 15 dəqiqə belə yatırsa, bunu kifayət qədər hesab edirsə, səhv edir. Alimlər təsdiq edib ki, gündə 6 saat yatan insan özünü günboyu az da olsa yuxulu hiss edəcək. İndi gəlin görək 4-5 saat yatanların halı necə olmalıdır?

Gecə yuxusunun norması 7-9 saatdır. Siz gərək sutkada 7-8-9 saat yatıb, sonra halınızı analiz edin.

2.İdman enerji verdiyi kimi ala da bilir

Əgər idman zalında günü keçən qadın, kişi özünü yorğun hiss edirsə, deməli idmanda normanı aşır.

Faydalı məşq gündə 50 dəqiqədir. Həftəlik norma isə 150dəqiqədir. Əgər insan özünü yorğun hiss edirsə, deməli, o idmanda enerjisini tükədir.

Ona görə məşqlər arası fasilə verib orqanizm dincəlməlidir. Əgər səbəbi bunda görürsüzsə, trenerə bu barədə deyin və yükü azaldın, o zaman vəziyyətə baxın.

3.Yeyib-içdiyinizi incələyin

Qəbul etdiyiniz çay, içki, dərman belə szizi yorğun edə bilər. Əgər qidanızda zülal, yağ, karbohidrat yoxdursa, yorğunluq qaçılmazdır. Əgər normadan artıq içirsizsə, hətta pivə belə zəiflik, yuxululuq, yorğunluq gətirə bilir.

İçdiyiniz dərmanların təlimatını oxuyun, orda əks təsirlər kimi əzginlik, yuxululuq və s. qeyd olunur. Ən adi dərman belə orqanizmi halsız edə bilər. Dərmandan şübhələnirsizsə, müalicə bitənə kimi dözün və ya həkimə yan təsirlər barədə məlumat verin, dərmanı dəyişin.