Bakıda "Meqan” aşdı, xəsarət alanlar var


Digərləri 07 May 2021 18:55:05 142 0

Bakıda "Meqan” aşdı, xəsarət alanlar var

Bakida iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Xətai rayonunda, Cəmşid Naxçıvanski adına Hərbi liseyin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan "Renault Meqan" markalı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı bardyora çırpılaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan iki nəfər bədən xəsarətləri alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olnub.