6 yaşından oğurluq edir 9 gündə 3 cinayət törədib


Digərləri 06 May 2021 16:32:00 147 0

6 yaşından oğurluq edir  9 gündə 3 cinayət törədib

Konyada (Türkiyədə) hamını şoka salan hadisə yaşanıb.

9 gündə 3 dəfə polis tərəfindən saxlanılan 13 yaşlı şərti adı  T.T olan yeniyetmənin hərəkətləri hamını təəccübləndirib. Yaşı az olduğundan sərbəst buraxılan gəncin 140-dən artıq xəbərdarlığı var. Altı yaşından oğurluq edir.

Son.az "habertürk"ə istinadən xəbər verir ki, polis bu gəncin son bir ayda 10 iş yerindən 67 min lirə nağd pul, motosiklet, velosiped və ərzaq məhsulları oğurladığını üzə çıxarıb.

Hazırda o ev dustağı kimi polis nəzarəti altındadır.

Kamran Seyidov Son.az