Rüstəm Muradov Qarabağdan geri ÇAĞIRILA BİLƏR


Digərləri 05 May 2021 12:54:00 130 0

Rüstəm Muradov Qarabağdan geri ÇAĞIRILA BİLƏR

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov geri çağırıla bilər.

Son.az modern.az-a istinadən xəbər verir ki, bunu "Joğovurd" qəzeti ayzıb. Onun yerinə başqa generalın təyinat alması ehtimalı var.

"Razılaşmaya əsasən, Rusiya tərəfi 6 aylıq müddət bitdikdən sonra sülhməramlı kontingentin komandirini dəyişə bilər", - deyə qəzet yazır.

Hərbi ekspert Vladimir Yevseyev isə komandirin rotasiyasının mütləq şərt olmadığını və Muradovun xidmətini davam etdirə biləcəyini qeyd edib.

Rusiya KİV-i isə Rüstəm Muradovun yerinə başqa hərbçilərin də namizəd olduğunu iddia edir. Rüstəm Muradovun namizədliyini Rusiya Baş Qərargahı uzunmüddətli araşdırmalardan sonra müdafiəı naziri Sergey Şoyquya təqdim edib.