Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub


Dünya 05 May 2021 07:22:00 114 0

Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub

Sakit okeanda Tonqa Krallığı sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Krallığın paytaxtı Nukualofa şəhərindən 159 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.