"Şahdəniz" yatağından hasil olunan qaz və kondensat satışından gəlirlər açıqlanıb


Digərləri 04 May 2021 17:11:00 156 0

"Şahdəniz" yatağından hasil olunan qaz və kondensat satışından gəlirlər açıqlanıb

2021-ci ilin yanvar-aprel aylarında "Şahdəniz" yatağından hasil edilmiş qaz və kondensat satışından əldə olunan gəlir 42,352 milyon dollar təşkil edib.

Son.az bu barədə Dövlət Neft Fonduna (SOFAZ) istinadən məlumat verir.

Qeyd olunur ki, 2007-ci ildən bugünədək SOFAZ-ın "Şahdəniz" qazının satışından gəliri ümumilikdə 3 milyard dollardan çox olub.

2020-ci ildə "Şahdəniz" yatağından hasil edilmiş qaz və kondensat satışından əldə olunan gəlir 293,9 milyon dollar təşkil etmişdi.