İkinci dəfə evlənən məşhur cütlüyün 100 minlik bal ayı


Şou-biznes 04 May 2021 14:50:00 164 0

İkinci dəfə evlənən məşhur cütlüyün 100 minlik bal ayı

Fevral ayında ikinci dəfə ilə quran aktrisa Burcu Kıratlı ilə müğənni Sinan Akçıl bal ayına gediblər.

Son.az Bizim.Media-ya istinadən xəbər verir ki, müğənni həyat yoldaşına sürpriz edərək Antalyada lüks otellərdən birinin bal ayı villasını kirayələyib.

Akçıl 1 həftəlik tətil üçün 100 min TL (təxminən 20 min 500 manat) ödəyib.

Qeyd edək ki, Sinanla Burcu ilk dəfə 2018-ci ildə Amsterdamda nikah masasına əyləşmişdilər. Doqquz ay sonra isə rəsmi şəkildə boşanmışdılar.