Təhsil Nazirliyi: 8 və 16 may dərs günü olacaq


Digərləri 04 May 2021 12:02:00 119 0

Təhsil Nazirliyi: 8 və 16 may dərs günü olacaq

Mayın 8-i (şənbə günü) və 16-sı (bazar günü) dərs günü olacaq.

Bu barədə Təhsil Nazirliyindən Son.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, may ayının 8-i və 16-sı müəllimlər üçün iş günü, şagirdlər üçün dərs günüdür.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may  iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.