"Canavar" postunda yaralanan qazimiz: Bu post çox əhəmiyyətli idi


Digərləri 04 May 2021 11:57:00 86 0

"Canavar" postunda yaralanan qazimiz: Bu post çox əhəmiyyətli idi

Vətən Müharibəsinin qəhrəmanlarından biri də Sərxan Abbasovdur.

Son.az bildirir ki, Trend Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən müharibədə yaralanaraq qazi olan, Sərxan Abbasovla müsahibəni təqdim edir:

Zəhmət olmasa, özünüz haqqında qısa məlumat verərdiniz.

Mən, Abbasov Sərxan Yaşar oğlu 1997 ci il aprel ayının 28-də Sumqayıt şəhərində anadan olmuşam. Orta təhsilimi Bakının Sabunçu rayonunda almışam. Ali təhsilliyəm. Azərbaycan Dövlət Aqrar Universtetində təhsil almışam. Təhsilimin 1 ci kursunu tamamladıqdan sonra hərbi xidmətə yola düşmüşəm. Hərbi xidmətimi cəbhənin Tərtər istiqamətində ön xəttə keçirmişəm. 2016-cı il Aprel döyüşlərində iştirak etmişəm.

Əsgəri hərbi xidmətimi bitirdikdən sonra həm qiyabi təhsilimi davam etdirmiş, həm də gizir hazırlığı kursuna daxil olmuşam. 2017 ci ilin sentyabr ayının 27 də kursu müvəffəqiyyətlə bitirmiş, gizir hərbi rütbəsi almışam və cəbhənin Murovdağ-Kəlbəcər istiqamətində yerləşən ön xətt bölmələrindən birinə təyin olunmuşam.

İkinci Qarabağ döyüşündə iştirakınız barədə nə deyə bilərsinz?

27 sentyabr döyüşləri başlanan zaman mən Murovdağ briqadası tərkibində taborun döyüş qrupunda şəhid mayor Rahib Babayevin rəhbərliyi altında həmin istiqamətdə yerləşən strateji əhəmiyyətli "Canavar sol" yüksəkliyinin götürülməsi uğrunda döyüşdə iştirak etmişəm.

"Canavar" sol postunun azad olunması barədə bir az ətraflı məlumat verərdiz?

"Canavar" sol yüksəkliyi cəbhənin Murovdağ-Kəlbəcər istiqamətində strateji əhəmiyyət kəsb edən yüksəkliklərdən biridir.

Əks-hücum əmri verilən kimi biz sentyabrın 27-i səhər saat səkkizin yarısı döyüşə girdik. Düşmən belə hücumumuz qarşısında aciz qaldı. Taborumuz qırx dəqiqə ərzində yüksəkliyi düşməndən azad etdi. Yüksəkliyin götürülməsinə taborun komandiri şəhid mayor Rahib Babayev rəhbərlik etmişdir. Bu yüksəklik bütün cəbhə boyu düşməndən azad edilən ilk yüksəklikdir.