Çexiyada mayın 10dan maskaların məcburi taxılması ləğv ediləcək
Dünya 04 May 2021 08:48:00 127 0
Çex Respublikasında epidemioloji vəziyyətin daha da yaxşılaşdırılması ilə əlaqədar olaraq Nazirlər Kabineti maska və resperatorlarla bağlı yeni qərar qəbul edib.
Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Peter Arenberqer mətbuat konfransında bildirib.
Nazir deyib ki, qərara görə, mayın 10-dan respublikada maskaların məcburi şəkildə istifadəsi ləğv edilir: "Maskalardan yalnız insanların çox olduğu yerlərdə, eləcə də daxili otaqlarda, sosial məsafənin gözlənilməsində çətinlik yaranan məkanlarda istifadə ediləcək".
Arenberqer əlavə edib ki, keçən ilin payız mövsümündəki rejim qüvvədə olacaq: "Ötən ilin payızında da yalnız ictimai nəqliyyatda, dayanacaqlarda və s. bu kimi yerlərdə maska taxmaq tələb olunurdu".
Mənbə: milli.az