Türkiyə hər zaman çətin anlarda Liviya xalqını dəstəkləyib


Dünya 04 May 2021 07:15:00 121 0

Türkiyə hər zaman çətin anlarda Liviya xalqını dəstəkləyib

Türkiyə Liviyanın bütövlüyünün, suverenliyinin, müstəqilliyinin və siyasi birliyinin qorunmasını vacib sayır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liviyalı həmkarı Nəclə Manquş ilə Tripolidə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir deyib: "Biz Liviyanın bütövlüyünün, suverenliyinin, müstəqilliyinin və siyasi birliyinin qorunmasına böyük əhəmiyyət veririk".

M. Çavuşoğlu xatırladıb ki, Türkiyə hər zaman çətin anlarda Liviya xalqını və qanuni seçilmiş hökumətlərini dəstəkləyib.