Tədqiqat: Meksikada təxminən 60 milyon insan koronavirusa yoluxub


Dünya 03 May 2021 20:10:00 143 0

Tədqiqat: Meksikada təxminən 60 milyon insan koronavirusa yoluxub

2020-ci ilin fevral ayından indiyədək Meksikada təxminən 60 milyon insan koronavirusa yoluxub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Meksikanın Sosial Sığorta Fondunun apardığı tədqiqatın nəticələrində əksini tapıb.

2020-ci il fevralın 10-dan dekabrın 31-dək olan dövrü əhatə edən tədqiqatın müəllifləri təxminən 45 milyon meksikalının COVID-19 infeksiyasına yoluxduğu, epidemiyanin əhalinin 50 faizinə təsir etdiyi, yəni 60 milyon insanın koronavirusun səbəb olduğu xəstəliklərlə qarşılaşdığı qənaətinə gəliblər.

2020-ci ildə Səhiyyə Nazirliyi nəzdində yaradılan Sağlamlıq və Rifah İnstitutunun tibbi koordinasiya şurasının rəhbəri Viktor Ugo Borha Aburtonun sözlərinə görə, koronavirusun yayılmasının birinci və ikinci dalğaları zamanı 60 milyon insanın COVID-19 infeksiyasına yoluxduğu nəzərə alınsa, üçüncü dalğanın baş verməyəcəyini söyləmək olar.

Tədqiqatda qeyd olunur ki, yoluxanların 86,1 faizində anticisimlər əmələ gəlib. Lakin sağalanların 13,9 faizinin yenidən yoluxmaq ehtimalı olduğu üçün lazımi ehtiyat tədbirinə mütləq əməl etmək lazımdır.