Qırğızıstan və Tacikistan arasında razılaşma olacaq
Dünya 03 May 2021 18:17:23 144 0
Qırğızıstan və Tacikistan hökumətləri yaxın bir həftə ərzində 112 kilometrlik sərhəd xəttinin razılaşdırılması barədə danışıqlar aparacaq.
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev deyib.
O bildirib ki, sərhədin razılaşdırılması prosesi mayın 9-dək başa çatmalıdır.
Müvafiq sənədi prezidentlər imzaladıqdan sonra sərhədin həmin hissəsində demarkasiya işləri aparılacaq.
Xatırladaq ki, aprelin 29-30-da Qırğızıstan-Tacikistan sərhədində silahlı münaqişə baş verib. İnsident nəticəsində hər iki tərəfdən 50-dən çox şəxs həlak olub, 260-dan çox şəxs yaralanıb.
İki ölkə arasında 450 kilometrə yaxın mübahisəli sərhəd xətti mövcuddur.
Mənbə: milli.az