Türkiyə İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib


Dünya 03 May 2021 12:31:00 133 0

Türkiyə İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib

Türkiyənin İraqın şimalında keçirdiyi "Pəncə-Qartal" antiterror əməliyyatı zamanı daha 7 terrorçu zərərsizləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, xüsusi təyinatlı hərbçilər PKK silahlılarının gizləndiyi mağaranı aşkar edib. Zərərsizləşdirilən terrorçulardan biri təşkilatın bölgə üzrə məsul şəxsi olub.

Bu günədək İraqın şimalında antiterror əməliyyatı zamanı zərərsizləşdirilən silahlıların sayı 53 nəfərə çatıb.