"Türk Hava Yolları" Gəncə və Naxçıvana uçuşları bərpa edir


Digərləri 03 May 2021 12:44:00 155 0

"Türk Hava Yolları" Gəncə və Naxçıvana uçuşları bərpa edir

Türkiyənin "Türk Hava Yolları" şirkəti mayın 15-dən etibarən İstanbuldan Gəncə və Naxçıvana uçuşları bərpa etməyi planlaşdırır.

Bunu Son.az-a şirkətin Azərbaycandakı nümayəndəsi İlyas Seyfulla deyib.

Onun sözlərinə görə, İstanbul-Gəncə-Naxçıvan reysi həftədə iki dəfə, çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.