Bakıda yeni xətt üzrə sərnişin avtobusları istifadəyə verilib


Digərləri 03 May 2021 12:39:00 148 0

Bakıda yeni xətt üzrə sərnişin avtobusları istifadəyə verilib

Bakıda yeni xətt üzrə sərnişin avtobusları istifadəyə verilib.

Bu barədə Son.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər.

Artıq həftənin ilk iş günündən MİDA-Yasamal Yaşayış Kompleksi ilə Bakı Ağ Şəhər yaşayış sahəsini əlaqələndirəcək yeni 10 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sərnişinlərin istifadəsinə verilib.

Qeyd edək ki, xətt üzrə sərnişindaşımalar "BakuBus" MMC-nin müasir və komfortlu iritutumlu avtobusları ilə yerinə yetirilir.