Anna Artsruna ABŞa qaçmağa icazə verdi


Dünya 03 May 2021 12:15:00 119 0

Anna Artsruna ABŞa qaçmağa icazə verdi

Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Ovannisyan hazırda ABŞ-dadır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Politik.am" saytı yayıb. Onun ABŞ-da zəngin həyat yaşadığı bildirilib.

Sayt Ovannisyana ABŞ-da mənzil alındığını yazıb.

Müharibədən sonra Ermənistanda qalacağı vədini verən keçmiş mətbuat katibinin ABŞ-a getməsinə Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın şərait yaratdığı vurğulanıb.