Ağdamda 62 yaşlı qadını ilan sancıb


Digərləri 03 May 2021 11:29:00 129 0

Ağdamda 62 yaşlı qadını ilan sancıb

Ağdamda 62 yaşlı qadını ilan sancıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Mirəşelli kəndində baş verib.

Kənd sakini Rəhimova Qönçə Qaçay qızı həyətdə alaq otu təmizləyərkən ilan onun sol əlinin bilək nahiyəsindən sancıb. Q.Rəhimova Ağdam Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə  çatdırılıb. Ona ilan zəhəri əleyhinə zərdab vurulub, vəziyyəti  orta-ağırdır.