Bank Respublika Ramazan bayramı öncəsi kampaniyaya start verib


Digərləri 03 May 2021 10:50:00 119 0

Bank Respublika Ramazan bayramı öncəsi kampaniyaya start verib

Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən Bank Respublika, Ramazan bayramı ərəfəsində yeni "Bayram Fürsəti" adlı nağd kredit kampaniyasına start verir.

Belə ki, may ayının 9-dək "Bank Respublika"ya müraciət edən istənilən peşə sahibləri max.müddәti 48 ay olan nağd istehlak kreditlərini 0% komissiya ilə götürmək fürsətini əldə edəcəklər. Bundan başqa, kampaniya çərçivəsində nağd istehlak krediti götürən müştərilərə Mastercard PayPass Stiker hədiyyə olunacaq.

Qeyd edək ki kampaniya çərçivəsində 30 000 manatadək nağd istehlak kreditlərini 15%-dən başlayan faiz dərəcəsilə və ZAMİNSİZ əldə etmək mümkün olacaq.

"Bank Respublika"da kredit götürmənin digər üstünlükləri çevik rəsmiləşdirmə və heç bir sığorta haqqının olmamasıdır.

Kampaniyadan yararlanmaq istəyən müştərilər, krediti onlayn olaraq Bank Respublika"nın rəsmi saytından, facebook səhifəsindən , eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə "Kredit" yazıb göndərərək sifariş edə bilərlər.