Qəlbin orucu dilin orucundan, dilin orucu isə qarın orucundan daha üstündür


Digərləri 02 May 2021 21:10:00 130 0

Qəlbin orucu dilin orucundan, dilin orucu isə qarın orucundan daha üstündür

Həzrət Peyğəmbər (s) buyurur: "Əgər bəndələr Ramazan ayının bərəkət və həqiqətlərindən agah olsaydılar, arzu edərdilər ki, Ramazan ayı bir il olsun".

"Həqiqətən, səmanın qapıları Ramazan ayının birinci gecəsindən açılar və ayın son gecəsinə qədər bağlanmaz".

"Əgər bilsəydiniz Ramazan ayında sizə nələr təqdir olunar, Allaha şükrünüzü artırardınız".

"Allah mələkləri oruc tutanlar üçün dua etməyə vəzifələndirmişdir".

İmam Əli (ə) buyurur: "Qəlbin orucu dilin orucundan, dilin orucu isə qarın orucundan daha üstündür".

"Dünya ləzzətlərindən nəfsin orucu - ən faydalı oruclardandır".

"Allah günlərin içərisində cüməni, ayların içərisindən Ramazan ayını, gecələrin içərisindən Qədr gecəsini seçmişdir".

"Oruc - özünü İlahi haramlardan saxlamaqdır, necə ki, insan yemək və içəcəkdən çəkinir".