Gürcüstanda koronavirusa daha 988 yoluxma


Dünya 02 May 2021 11:59:00 111 0

Gürcüstanda koronavirusa daha 988 yoluxma

Gürcüstanda ötən sutka ərzində koronavirusa 988 yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 312 445 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 21 nəfər ölüb, 1 595 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 4 151 nəfər, sağalanların sayı isə 293 052 nəfər təşkil edir.