Salyanda evdən oğurluq edən şəxslər tutuldu


Digərləri 01 May 2021 14:42:00 151 0

Salyanda evdən oğurluq edən şəxslər tutuldu

Salyanda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətuat xidmətindən Son.az-a verilən xəbərə görə, rayon polis şöbəsinə evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri S.Hüseynov və N.Əliyev müəyyən edilərək saxlanılıblar.

Saxlanılan şəxslərin ətrafında araşdırma davam etdirilir.