Koronavirus bu ölkəni darmadağın edir:


Dünya 01 May 2021 09:49:00 127 0

Koronavirus bu ölkəni darmadağın edir:

Ötən gün ərzində Hindistanda 401 993 nəfərin koronavirusa yoluxması ilə günlük yoluxma sayında dünya üzrə rekord göstərici qeydə alınıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Sutka ərzində xəstəlik səbəbindən 3 523 insan ölüb.

Hindistan koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında ikinci yerdə qərarlaşıb. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə 19 milyon 164 min 969 koronavirusa yoluxma faktı qeydə alınıb.

15 milyon 684 min 406 insan xəstəlikdən sağalıb, 211 min 853 insan həyatını itirib.

Son.az