Qeyrineftqaz sektorunda artım var


Digərləri 01 May 2021 09:09:00 137 0

Qeyrineftqaz sektorunda artım var

2021-ci ilin I rübündə qeyri-neft-qaz sektorunda 2,1 faiz artım qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Elman Rüstəmov deyib.

O qeyd edib ki, beynəlxalq təşkilatlar və reytinq agentlikləri Azərbaycan üzrə iqtisadi aktivliyə dair proqnozlarını yaxşılaşdırıblar:

"Ötən ildən başlanan antiböhran tədbirləri və beynəlxalq konyunkturun nisbətən yaxşılaşması iqtisadi aktivliyin tədricən bərpasında özünü göstərməkdədir. Real sektorun monitorinqinə görə martda biznes inam indeksi ticarət, xidmət sektorlarında və qeyri-neft sənayesində artım meyilli olmuşdur. Monitorinq tikintidə məşğulluğun yüksəlməyə meyilli olduğunu göstərir".