Ağır yol qəzasında 6 uşaq öldü


Dünya 30 Apr 2021 18:55:00 127 0

Ağır yol qəzasında 6 uşaq öldü

Rusiyada ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, yol qəzası bu gün Həştərxan-Stavropol avtomobil yolunda qeydə alınıb.

Belə ki, avtobus, yük maşını və minik avtomobilinin toqquşması nəticəsində 6 azyaşlı ölüb.

Qəza nəticəsində xəsarət alan 12 nəfər isə xəstəxanaya yerləşdirilib.