"Fitch Ratings" Azərbaycanda ÜDMin artımını proqnozlaşdırır


Digərləri 30 Apr 2021 19:02:00 170 0

"Fitch Ratings" Azərbaycanda ÜDMin artımını proqnozlaşdırır

2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun real artımı 2,5 faiz səviyyəsində proqnozlaşdırılır.

Trend bu barədə "Fitch Ratings" agentliyinin hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, bu göstərici 2020-ci ildə qeydə alınan 4,3 faiz azalmadan sonra bərpa olunacaq.

Bundan əvvəlki hesabatda, "Fitch" Azərbaycan ÜDM-in 2030-cu ilədək 94,3 milyard dollaradək artacağını proqnozlaşdırmlışdı.