İrandan YENİ İCAD: koronavirusu tapıb MƏHV EDİR


Dünya 30 Apr 2021 19:45:00 135 0

İrandan YENİ İCAD: koronavirusu tapıb MƏHV EDİR

İran alimləri koronavirusdan qorunmaq üçün sprey icad ediblər, o, təqdim olunub.

Son.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

"Koronavirus əleyhinə spreyin təsiri belədir ki, onu maska və ya geyimin üzərinə vuranda koronavirus xüsusi üsulla tapılaraq deaktiv olunur", - Tehrandakı təqdimetmə mərasimində çıxış edən COVID-19-la mübarizə qərargahının rəhbəri bildirib.

Preparatın yaxın vaxtlarda İranda istehsal olunaraq yayılacağı gözlənilir.

Son məlumatlara görə, İranda pandemiya başlayandan 2,4 milyon nəfər koornavirusa yoluxub. 71 min nəfər COVID-19-dan dünyasını dəyişib. 800 min nəfərə yaxın insan 1 doza vaksin alıb. 204 min nəfər isə tam vaksinasiya olunub. (publika.az)