Oğlunun ad günü üçün alışverişə gedirdi Yük maşınına çırpılıb öldü FOTOlar


Digərləri 30 Apr 2021 18:59:00 123 0

Oğlunun ad günü üçün alışverişə gedirdi  Yük maşınına çırpılıb öldü  FOTOlar

Türkiyədə oğlunun ad günü üçün alış-verişə gedən qadın yolda ölüb.

Son.az sonxeber.az-a istinadən xəbər verir ki, Zeynəb Apçin "07 ZBZ 06" dövlət nişanlı avtomobili ilə oğlunun ad gününə alış-veriş etmək üçün yola çıxıb. O, bir anlıq avtomobilin idarəsini itirib və E.A-nın idarə etdiyi yük maşınına çırpıb.

Qəza nəticəsində Apçin hadisə yerində dünyasını dəyişib. Bundan əlavə, onun avtomobilində olan 5 yaşlı oğlu Cəmil, yaxınları Selda, Əminə, Xədicə və Arifə Miray Apçin yaralanıblar.

Yaralılar hadisə yerinə çağrılan təcili tibbi yardım vasitəsi ilə xəstəxaya yerləşdiriliblər.

Yük avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb.