Azərbaycanlı rejissor: o da Qarabağ savaşında idi


Digərləri 30 Apr 2021 13:38:00 120 0

Azərbaycanlı rejissor: o da Qarabağ savaşında idi

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru Ər-Toğrul Kamalov İkinci Qarabağ müharibəsi zamanı arxa cəbhədə göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Gənclər və İdman komitəsinin sədri Adil Əliyev tərəfindən "Fəxri fərman" ilə mükafatlandırılıb.

Teatrdan Son.az-a verilən xəbərə görə, gənc rejissor ona göstərilən diqqət üçün millət vəkilinə minnətdarlığını bir daha öz sosial şəbəkə hesabı vasitəsilə də bildirib:

"Milli Məclisin sədr müavini, Gənclər və İdman Komitəsinin sədri dəyərli Adil Əliyevlə görüş bir daha ölkəmizdə vətəninə, millətinə xidmət edən gənclərə verilən qiymətin bariz nümunəsidir. Adil müəllim, çox sağ olun ki, o qədər işin arasında diqqət və zaman ayırıb belə bir görüş təşkil etdiniz. Hər şey üçün təşəkkür edirəm. Vətənim Azərbaycana xidmət edirəm və bu, bizim vətəndaşlıq borcumuzdur. Qürur duyuram".