Bu il 100 minə yaxın abonent artımı gözlənilir


Digərləri 30 Apr 2021 13:11:00 142 0

Bu il 100 minə yaxın abonent artımı gözlənilir

Azərbaycanda qazlaşma prosesi hər il dövlət proqramına uyğun davam etdirilir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, bu sosial bir addımdır: "Qazlaşma cənab Prezidentin Azərbaycan vətəndaşının rifahı üçün atdığı addımlardandır. Bu proses hər il mütəmadi davam edir. Azərbaycanda abonentlərin sayı hər il artır. Bu il də 100 minə yaxın abonent artımı gözlənilir. Artıq ölkə üzrə abonent sayı 2 milyon 400 minə çatıb. Ölkədə qazlaşma hazırda 96, 2 faiz təşkil edir".

R. Əliyev deyib ki, bu il dövlət proqramına uyğun olaraq xüsusi təkliflər verilib: "Təkliflərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək"