Mərkəzi Bank inflyasiya barədə proqnozunu


Digərləri 30 Apr 2021 12:59:00 135 0

Mərkəzi Bank inflyasiya barədə proqnozunu

Azərbaycan Mərkəzi Bankının proqnozlarına əsasən, 2021-ci ildə ölkədə inflyasiya 4 faiz səviyyəsində olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib.

O bildirib ki, bu proqnoz ölkədə tələbin bərpası və fiskal-stimullaşdırıcı tədbirlərə əsaslanır.

E.Rüstəmov əlavə edib ki, inflyasiyanın 2021-ci ilin sonuna elan olunmuş hədəf diapazonunda formalaşacağı gözlənilir.