BP "ŞəfəqAsiman" və D230 layihələrinin gedişatı barədə məlumat yayıb


Digərləri 30 Apr 2021 12:39:00 160 0

BP "ŞəfəqAsiman" və D230 layihələrinin gedişatı barədə məlumat yayıb

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerlərdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir.

Son.az bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, Quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi 2020-ci ilin avqust ayında ictimaiyyətə açıqlanıb. Sənədin müzakirəsi bitdikdən sonra bu ilin yanvar ayında hökumət tərəfindən təsdiqlənib və bununla da quyunun 2021-ci ildə qazılması üçün müvafiq icazələr alınıb.

D230 blokunda seysmik məlumatların interpretasiyası davam edir. Seysmik tədqiqatın interpretasiyasının nəticələri müsbət olarsa, əsas kəşfiyyat proqramına başlana bilər:

"Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında "Fasilə" lay dəstində 7189 metr dərinlikdə tamamlanıb. Quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib. Lakin bu ehtiyatların qiymətləndirilməsi üçün əlavə işlərə ehtiyac var və buna görə də nəticələrə baxmaq və potensial olaraq bir yanlülə qiymətləndirmə quyusu da daxil olmaqla qiymətləndirmə işlərinin növbəti addımlarını planlaşdırmaq məqsədilə qazma işlərinin müvəqqəti dayandırılması qərara alınıb".