Hamiləliyini hər kəsdən gizlədə bildi


Şou-biznes 29 Apr 2021 17:31:00 182 0

Hamiləliyini hər kəsdən gizlədə bildi

"Taxt oyunları" serialında və "Aclıq oyunları" filmindəki rolları ilə tanınan məşhur aktrisa Natali Dormer gizli şəkildə uşaq dünyaya gətirib.

Son.az oxu.az-a istinadən xəbər evrir ki, bu barədə o, "That's After Life!"podkastında danışıb və vacib hadisənin təfərrüatından bəhs edib.

Məlum olub ki, uşaq 2021-ci ilin yanvar ayında dünyaya gəlib. Natalinin və sevgilisi aktyor Devid Ouksın qızları olub.

Hamiləliyi 2020-ci ilə - lokdaunlar və pandemiyalar dövrünə tuş gəldiyi üçün aktrisa bunu asanlıqla gizlədə bilib.

"Hamilə qalmaq və pandemiya dövründə uşaq dünyaya gətirmək mənim ən yaxşı qərarım idi", - deyə Natali etiraf edib.