Son 6 ildə 968 yeni avtobus gətirilib, daha 320 avtobus gətiriləcək


Digərləri 28 Apr 2021 11:27:00 140 0

Son 6 ildə 968 yeni avtobus gətirilib, daha 320 avtobus gətiriləcək

2015-ci ildən bu günə kimi Bakı Nəqliyyat Agentliyinin (BNA) tərkibində olan avtobuslardan 968 ədədi yenilənib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu BNA-nın İdarə Heyyətinin sədri Vüsal Kərimli deyib. Onun sözlərinə görə, 2020-ci ildə 119 avtobus yenisi ilə əvəzlənib:

"Onlardan 724-ü dövlət tərəfindən keçirilmiş tenderlər əsasında gətirilib. Özəl dayşıyıcılar tərəfindən yenilənən avtobusların sayı isə 244 ədəddir".

"2021-22-ci illərdə ölkəyə 320 yeni avtobus gətiriləcək. Yeni avtobuslar şəhərin ekoloji vəziyyətinə də müsbət təsir göstərir".