Korona ilə bağlı vəziyyət kritik həddə


Dünya 28 Apr 2021 10:19:00 144 0

Korona ilə bağlı vəziyyət kritik həddə

Hindistanda acınacaqlı vəziyyət: Ordu pandemiya ilə mübarizəyə cəlb edilir

Son.az sherq.az-a istinadən xəbər verir ki, Hindistan hakimiyyəti ordunu pandemiya ilə mübarizə cəlb edir. Bu barədə DW məlumat yayıb.

Hindistan ordusunun baş qərargahından bildirilib ki, ehtiyata buraxılmış hərbçilər səfərbər edilərək xəstəxanalarda çalışmağa göndəriləcək. Bundan əlavə ordunun rezervlərindən oksigen ehtiyatı da pandemiya ilə mübarizəyə yönəldiləcək. Qeyd edək ki, Hindistanda ardıcıl üç gün ərzində koronavirusa sutkalıq yoluxma sayı 300 mindən artıq olub.